Siyasət

İlham Əliyevin fərmanı İrəvanı narahat edib: “Azərbaycanın Ermənistanla bağlı iddiası var”

Prezident İlham Əliyevin fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması rəsmi İrəvanın narahatlığına səbəb olub.

Hit.az xəbər verir ki, xüsusilə Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması ilə bağlı erməni ekspertlər bədbin çıxışlar edirlər. Onların fikrincə, Azərbaycan bu gün Şərqi Zəngəzur adlı iqtisadi zona yaradırsa, gələcəkdə Qərbi Zəngəzuru da özlərinə birləşdirmək üçün indidən hazırlıq görürlər.

Ermənistanda belə düşünənlərdən biri də türkoloq Varujan Qeqamyandır. Onun sözlərinə görə, Kəlbəcər və Laçının Şərqi Zəngəzur iqtisadi zonasına daxil edilməsi çox təhlükəli tendensiyanın xəbərçisidir.

Qeqamyan hesab edir ki, hər nə qədər bəlağətli səslənsə də, bu, o deməkdir ki, Azərbaycanın Ermənistanla bağlı iddiaları var.

“Şərqi Zəngəzur adı çox bəlağətli səslənir. Hesab edirəm ki, əgər bunun Şərqi varsa, Sünik vilayətinin yerləşdiyi Qərbi Zəngəzuru da var. Azərbaycan və Türkiyə ardıcıl olaraq, Sünikin fəthi istiqamətində çalışırlar. Nə qədər ki, Ermənistanda milli qüvvələr hakimiyyətdə deyil, onlar qələbə qazanacaqlar”, – deyə erməni türkoloq vurğulayıb.

Bənzər yazılar

Back to top button