ManşetSiyasət

Prezident bu şəxslərə rütbə və medal verdi (SƏRƏNCAM)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

AzToday.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə

Abduləzimov Elşən Səməd oğlu
Allahverdiyev Elçin Hüseyn oğlu
Aslanov Azad Xanlar oğlu
Cabbarov Abbas Hüseyn oğlu
Cəfərov Sədi Rasim oğlu
Əşrəfzadə Elvin Ülfət oğlu
Hüseynova Aygün Əbülfəz qızı
Hüseynova Nigar Ramiz qızı
Qasımov Mahur Hafiz oğlu
Məmmədov Eldar Həsən oğlu
Məmmədova Hüsniyyə Rafael qızı
Soltanov Fərid Rafael oğlu
Şahyarov Şahin Arzuman oğlu
Yaqubova Aysel Şakir qızı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında da sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilib:

İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Abdullayeva Leyla Yaşar qızı
Həbibzadə Elcan İbrahim oğlu
Rəfiyev Yalçın İlqar oğlu

Bənzər yazılar

Back to top button