Dünya

“Delta” ştammı daha bir ölkəyə çatdı: Peyvənd vurduranlar da yoluxub

Slovakiyada 14 nəfərdə koronavirusun “Delta” ştammına rast gəlinib.

AzToday.az modern.az-a istinadən xəbər verir ki, yoluxanların üçü vaksin vurulan şəxslərdir.

“Koronavirusun “Delta” ştammı əsasən xaricdən gələn və ya onlarla yaxın təmasda olan insanlarda aşkar edilib. Xəstəliyə qarşı peyvənd olunanlar onu yüngül keçirir”, – deyə Raçkova bildirib.

O qeyd edib ki, hazırda Slovakiyada koronavirusun “Alfa” variantı dominantdır, onunla müqayisədə “Delta” daha infeksion variantdır və xəstəlik daha ağır keçir.

Bənzər yazılar

Back to top button