İqtisadiyyat

İranlı sahibkar AMEA-da kartof çipsi istehsal edəcək – Ramiz Mehdiyev açılışda iştirak edib…

AMEA-nın Yüksək Texnologiyalar Parkında bu müəssisədə icra olunan yeni layihələrin təqdimatına həsr olunan tədbir keçirilib.

Yeniavaz.com AMEA-dan açıqlanan məlumatlara istinadən bildirir ki, tədbirdə AMEA-nın prezidenti Ramiz Mehdiyev də iştirak edib.

Məlumatda bildirilir ki, Yüksək Texnologiyalar Parkında “TAK NOOSH GROUP” MMC-nin istehsal sahəsinin təməlqoyma mərasimi olub.

Qeyd olunur ki, “TAK NOOSH GROUP” MMC AMEA-nın Yüksək Texnologiyalar Parkında kartof fri və çipsi istehsal edəcək.
Məlumat üçün bildirək ki, “TAK NOOSH GROUP” MMC-nin direktoru İran vətəndaşı Ramın Tabıbıandır. MMC 24.09.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Həsənbəy Zərdabi pr., 593-cü məhəllə, mənzil 72-də yerləşir.

Onu da bildirək ki, Yasamal rayonu, Həsənbəy Zərdabi pr., 593-cü məhəllə, m. 72 ünvanında əsasən İran vətəndaşlarının rəhbərlik etdiyi şirkətlər dövlət qeydiyyatına alınır. Son bir ildə Yasamal rayonu, Həsənbəy Zərdabi pr., 593-cü məhəllə, m. 72 ünvanında aşağıdakı şirkətlər qeydə alınıb.

MMC-nin adı Ünvanı Nizamnamə kapitalı Qanuni təmsilçisi Qeydiyyat tarixi
“TAK NOOSH GROUP” Həsənbəy Zərdabi pr., 593-cü məhəllə, m. 72 10 manat Ramın Tabıbıan 24.09.2019
“ATLAS SİNA” Həsənbəy Zərdabi pr., 593-cü məhəllə, m. 72 10 manat Ebrahımzadeh Mahıe Alıakbar Rahım 23.01.2020
“İKEA GROUP” Həsənbəy Zərdabi pr., 593-cü məhəllə, m. 72 10 manat Boroujerdı Alı Mojtaba 31.01.2020
“AZƏR ASAM” Həsənbəy Zərdabi pr., 593-cü məhəllə, m. 72 10 manat Khalooshandız Fatemeh Hosseın 03.02.2020
“LAM POLIMER” Həsənbəy Zərdabi pr., 593-cü məhəllə, m. 72 10 manat Shahmarı Ghanbar Shaban 21.02.2020
“KAKILIT” Həsənbəy Zərdabi pr., 593-cü məhəllə, m. 72 10 manat Ahmadı Kaveh Masoud 26.01.2021

Bənzər yazılar

Back to top button