GündəmSiyasət

Azərbaycan XİN Argentina səfirinə etiraz notası təqdim edib

Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi sentyabrın 11-də Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Görüş zamanı, Argentina Prezidenti Alberto Fernandesin 10 sentyabr 2023-cü il tarixində Nyu Delhi şəhərində G20 Sammiti zamanı Azərbaycana qarşı qərəzli fikirlər səsləndirməsi ilə bağlı XİN-in etiraz notası Argentina səfirinə təqdim edilib.

XİN “Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına əsaslanaraq bölgədəki reallıqları təhrif edən, suverenliyimiz və ərazi bütövlüyümüzə qarşı terminalogiyanın əks olunduğu bu kimi əsassız fikirlərin səsləndirilməsinin” təəssüf doğurduğunu bildirilib.

Azərbaycan tərəfindən erməni sakinlərin ehtiyaclarının qarşılanması məqsədilə alternativ yollardan, o cümlədən Ağdam-Xankəndi yolundan istifadə təklifləri, göndərilən ərzaq məhsullarının hələ də qəbul edilməməsi, vəziyyətin Ermənistanın iddia etdiyi kimi humanitar deyil, siyasi xarakter daşıdığını nümayiş etdirdiyi bildirilib.

Bənzər yazılar

Back to top button