Hadisə

Jurnalistlərin şəhid ailələrindən pul alması faktı araşdırılır

“Biz bəzi jurnalistlərin şəhid ailələrindən pul alması ilə bağlı faktları araşdırırıq. Bununla bağlı yerli icra hakimiyyətləri ilə təmasdayıq. Çünki onlar ünvan, əlaqə nömrəsi öyrənərkən ilk növbədə yerli icra strukturlarına müraciət edirlər”.

AzToday.az Trend-ə istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, əgər, həqiqətən belə bir şey baş veribsə, utanc gətirən bir faktdır: “Şəhid ailələrindən pul alınması bağışlanan hal deyil. Mütləq hüquq-mühafizə orqanları bu məsələləri diqqətdə saxlamalı, günahkarlar cəzalandırılmalıdır”.

Qeyd edək ki, mediada bəzi jurnalistlərin şəhid ailələrindən pul alması ilə bağlı məlumatlar yayılmışdı.

Bənzər yazılar

Back to top button