Dünya

Bərədə koronavirus olduğunu eşidən sərnişinlər özlərini dənizə atdı (VİDEO)

İndoneziyanın Maumere şəhərinə gedən bərənin bəzi işçilərinin koronavirusa yoluxduğu müəyyən edilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, əvvəlcə bərənin limana yaxınlaşmasına icazə verilməyib. Bunu eşidən sərnişinlərdən bəziləri təşvişə düşərək özlərini dənizə atıb, bəziləri isə qışqırmağa başlayıblar. Suya tullananların hamısı xilas edilib.

Daha sonra bərənin limana yaxınlaşmasına icazə verilib. Səlahiyyətlilər 255 sərnişinin hamısını karantin altına alıblar. İşçilər isə koronavirus testindən keçirilib.

Bənzər yazılar

Back to top button