Dünya

Rusiya yenidən Moldovada məğlub oldu: Prezidentin partiyası seçkidə qalib gəldi

Moldovanın hazırkı Prezidenti Maya Sandunu dəstəkləyən Fəaliyyət və Həmrəylik Partiyası (PDS) parlament seçkilərində səslərin 52,53%-ni alıb.

Qaynarinfo xəbər verir kii, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bazar günü keçirilən səsvermədə bülletenlərin 99,58%-i işləndikdən sonra onun əsas rəqibi Kommunistlər və Sosialistlərin Seçki Bloku 27,36% nəticə ilə ikinci yeri tutub.

Yuxarıda göstərilən partiyalardan əlavə, yalnız regional Şor Partiyasının 5.78% səs toplayan seçki həddini aşmağı bacardığı məlum olub.

Bülletenlərin işlənməsi hələ rəsmi olaraq başa çatmasa da, ilkin məlumatlara görə, Sandunun partiyası parlamentdəki 101 yerin çoxunu alacaq və təkbaşına hökumət qura biləcək.

Qeyd edək ki, 24 may 1972-ci il təvəllüdlü Maya Sandu 16.11.2020-ci ildə Moldovanın prezidenti seçilib. Moldovanın tarixində ilk qadın-prezidentdir. Moldovanın Baş naziri (08.06.2019—), Moldova Parlamentinin üzvü (30.11.2014—08.06.2019), Moldovanın təhsil naziri (24.07.2012—30.07.2015) vəzifələrində çalışıb. Maya Sandu Qərbpərəst mövqeyi ilə seçilir.

Bənzər yazılar

Back to top button