“Satqın Nikol Ermənistanın bir hissəsini də verməyə hazırlaşır” – Ermənilər qəzəblidir

by Aztoday Xəbər Portalı

Ermənistanın müdafiə nazirinin sabiq müavini Artak Zakaryan dünən Azərbaycanda akreditasiya olunmuş xarici ölkə səfirlərinin Şuşa şəhərinə səfər etməsini Nikol Paşinyanın satqınlığının nümunəsi kimi təqdim edib.

Hit.az xəbər verir ki, o, Ermənistanın baş nazirinin bundan sonra bir xeyli torpaqları da Azərbaycana verəcəyini iddia edib.

Onun sözlərinə görə, Azərbaycandakı xarici ölkələrin səfirlərinin Şuşaya seçkilərdən sonra səfər etməsi təsadüfi deyil. O qeyd edib ki, səfirlərin Şuşa səfəri ilə bağlı yazdıqları vəziyyətin necə olduğunu deməklə yanaşı, onların münasibətini də sərgiləyir: “Aydın məsələdir ki, səfir öz ölkəsinin razılığı olmadan Şuşaya gedə bilməzdi. Bu səfər isə onu göstərdi ki, beynəlxalq ictimaiyyət Nikolun rəhbəri olduğu Ermənistanı qəbul etmir. Bu, o deməkdir ki, əgər erməni xalqı Şuşanı satana, kapitulyanta səs veribsə, bu, onun beynəlxalq ictimaiyyətlə eyni fikirdə olması, Qarabağ məsələsinin qaldırmaq hüququndan məhrum olunmasını göstərir, hətta öz təhlükəsizliyi ilə bağlı danışmaq haqqı yoxdur. Bu, onu göstərir ki, satqın Nikol Ermənistanın bir hissəsini də verməyə hazırlaşır”.

Zakaryan fikirlərinə bir qədər də aydınlıq gətirərək, beynəlxalq aləmin baş verənlərdən razı olduğunu və məmnuniyyətlə güldüyünü deyir: “Bu gün Ermənistan ziyalıları satqınlıq edirlər. Bir çox erməni siyasətçilər öz ölkələrinin maraqlarını başqa şeylərə satıblar. Erməni cəmiyyəti çox parçalanıb və bir-birinə düşmən kimi baxır. Ermənistan ordusu pioner səviyyəsinə düşüb, generalları isə bel sütunsuz qalıb.

Erməni siyasətçiləri birləşərək, satqın Nikolu devirmək yerinə, 25 yerə parçalanıblar. Erməni seçici son seçkilərdə Şuşanı, Didivankı, Süniki, Ermənistanı, Qarabağı, öz uşaqlarını, nəvələrini və öz suverenliyini satdı. Bu gün ermənilər “məni kim idarə edirsə, etsin” düşüncəsindədir. Ona görə ki, ona yaşamaq lazımdır, müstəqillik yox”.

Sabiq nazir müavini bundan sonra özlərinə təlqin etdikləri yalanları dilinə gətirərək, təriflərindən və daha böyük “mübarizəyə” başlayacaqlarından dəm vurub: “Bir müddət sonra ermənilər özlərinin ilahi varlıq olduqlarını yenidən dərk edib, ayağa qalxacaq. Çünki onun ruhu ölməyib. Ermənilər yenidən diçələcək. Və bu dirçəliş Qarabağdan başlayacaq. Qarabağın İlahi enerjisinin və yorulmaz ruhundan qidalanacaq. Ermənilər Ermənistanın dağlıq ərazisində yaşayıb və bundan sonra da yaşayacaq”.

Bənzər Yazılar