İqtisadiyyat

“Azərsu” Xızıda özünə imarət tikib, əhali susuzdur – FOTO

Xızı Bakıdan cəmi 100 kilometr aralıda olsa da, rayon ucqar dağ kəndlərindən fərqli olaraq su üzünə həsrətdir.

Tia.az-ın xəbərinə görə, rayonda ilboyu su problemi yaşanır. Son günlər isə ümumiyyətlə evlərə su verilmir. Nəticədə yayın istisində əhali susuzluqdan əziyyət çəkir. Sakinlərin sözlərinə görə, həftəsonu məmurlar, varlılar villalarına istirahətə gəldiyi üçün onların su təminatı fasiləsiz təşkil edilir, yerli camaat isə Kərbəla müsibəti yaşayır. Bu özbaşınalığın başında isə “Azərsu” və onun yerli idarəsi dayanır. Rayonda su idarəsinin əzəmətli, saraya oxşayan inzibati binası olsa da, Xızı camaatı susuzluqdan yanır. Maraqlıdır ki, bu ikimərtəbəli inzibati bina kimə lazımdır? Əgər Xızıda evlərə su gəlmirsə, idarənin işçiləri orada hər gün nə ilə məşğuldurlar və hansı işlərinə görə maaş alırlar? Bu sualları “Azərsu” ASC cavablandıra bilər…

Bənzər yazılar

Back to top button