Siyasət

Arutyunyan yenə Qarabağ planları qurur – Nə baş verir?

Ermənistanla Qarabağdakı separatçıları arasında danışıqlar və görüşlər intensiv şəkil alıb.

Hit.az xəbər verir ki, ötən həftə Ermənistan İstintaq Komissiyasının sədri və qurumun nümayəndələri Xankəndinə gedərək orada separatçıların rəhbəri Arayik Arutyunyanla görüşüb.

Bu səfərdən sonra Arutyunyan İrəvana gələrək, Ermənistan Baş nazirinin səlahiyyətlərinin icra edən Nikol Paşinyanla görüşüb. Həmin görüş zamanı hər ikisi Qarabağın “müstəqilliyindən”, onun gələcək statusundan danışaraq, bir sıra açıqlamalar verib.

Bu gün məlum olub ki, Nikol Paşinyan öz köməkçisini 4 günlük Xankəndinə göndərmək barədə qərar verib. Ermənistan Nazirlər Kabinetinin rəsmi saytında yer alan xəbərə görə, Xankəndinə səfər edəcək Baş nazirin köməkçisi Qaqik İsxanyan orada 4 gün qalacaq və bir sıra araşdırmalar aparacaq: “Nikol Paşinyanın göstərişinə əsasən, Ermənistan Baş nazirinin köməkçisi Qaqik İsxanyan 12-15 iyul tarixlərində Arsax Respublikasına (Stepanakert) işgüzar səfərə gedəcək”.

Həmin məlumata görə, İsxanyan Xankəndidə gördüyü işlər, apardığı araşdırmalarla bağlı geri döndükdən sonra hesabat hazırlayıb, Baş nazirə təqdim edəcək.

Baş nazirin köməkçisinin Xankəndidə hansı araşdırmaları aparacağı və nə kimi bir hesabat hazırlayacağı barədə məlumat verilmir.

Bənzər yazılar

Back to top button