Hadisə

Sabiq deputatın oğlunu məhkəməyə verdilər – Kredit borcuna görə…

“Azərbaycan Beynəlxalq Bankı” ASC ləğv prosesində olan “Debüt Kommersiya Bankı” və Qəribov Rəşad Fərhad oğluna qarşı məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iclasının bu gün – 12.07.2021-ci il tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Vəfaddin İbayevin sədrliyi ilə keçiriləcəyi bildirilir.

Məhkəmə iddiasının kredit müqaviləsi üzrə mübahisələr ilə əlaqəli olduğu bildirilir.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 6 milyon 923 min 800 manat olan “Debüt Kommersiya Bankı” ASC 1994-cü ildə dövlət qeydiyyatına alınıb. Hazırda MMC-nin qanuni təmsilçisi Piriyev Tural olsa da, bu bankın 2005 və 2010-cu illərdə 57 saylı Kürdəmir Seçki Dairəsindən deputat seçilən Fərhad Qəribova məxsus olduğu bilinir. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Debüt Kommersiya Bankı” ilə birgə məhkəməyə verdiyi Rəşad Qəribov da Fərhad Qəribovun oğludur.

Onu da bildirək ki, hazırda “Debüt Kommersiya Bankı” ASC-nin dövlət büdcəsinə də böyük həcmdə – 141 min 550 manat 27 qəpik vergi borcu var.

Bənzər yazılar

Back to top button