İqtisadiyyat

AMEA-dan daha bir şübhəli tender – Eyni ünvanda onlarla şirkət… – Fotofakt

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Felon Ascompany” MMC (VÖEN-1702986881) olub.

“Felon Ascompany” MMC AMEA Fizika İnstitutuna istehlakyönlü müxtəlif xidmətlər (laboratoriya qazlarının 99,999% keyfiyyətdə dolumu, yanğınsöndürmə balonlarının dolumu, katriclərin dolumu) təqdim edəcək və göstəriləcək xidmətlər üçün AMEA-dan 19 min 91 manat 50 qəpik alacaq.

Məlumat üçün bildirək ki, “Felon Ascompany” MMC cəmi 6 ay əvvəl – 25.01.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynova Füzuli Adil oğludur.

Cəmi 6 ay əvvəl yaranan təcrübəsiz şirkətin Fizika İnstitutuna xidmətlər göstərməsindən başqa maraqlı məqamlardan biri də odur ki, “Felon Ascompany” MMC -nin dövlət qeydiyyatına alındığı ünvanda yanvar-fevral aylarında onlarla şirkət qeydiyyata alınıb və bu şirkətlərin qanuni təmsilçiləri də eyni şəxslər olub.

“Felon Ascompany” MMC ilə birgə “Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında qeydə alınan şirkətlərin bəziləri bunlar olub:

Onu da bildirək ki, bu cür maraqlı və şübhəli tender müsabiqələri AMEA tərəfindən əvvəllər də keçirilib. Belə ki, bu ilin aprel ayında AMEA İşlər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Service and Supply Ltd.” MMC olub.

“Service and Supply Ltd.” MMC ilə AMEA arasında 129 min 964 manat dəyərində müqavilə imzalanıb.

Tenderlə bağlı diqqət çəkən məqam odur ki, müsabiqənin qalibi olan “Service and Supply Ltd.” MMC -nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı eyni zamanda AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavinidir.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində açıq şəkildə yazılıb ki, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilatı asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.

Amma göründüyü kimi, satınalan təşkilat olan AMEA-nın keçirdiyi tender müsabiqəsinin qalibi olan podratçı şirkətin – “Service and Supply Ltd.” MMC-nin direktoru AMEA-dan əmək haqqı alan vəzifəli şəxsdir.

Bənzər yazılar

Back to top button