Rusiyanın ABŞ-dan tələbləri nədir? – Səfir Antonov açıqladı

by Aztoday Xəbər Portalı

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Moskvanın Vaşinqtondan xidmət və yardım gözləmədiyinə, qarşılıqlı faydalı münasibətlərə hörmət tələb etdiyinə diqqət çəkib.

Qaynarinfo xəbər verir ki, səfir bunu Middlberiya İnstitutunun rusdilli tələbələri qarşısında çıxışında deyib. Çıxışın mətni Rusiya diplomatik nümayəndəliyinin Facebook səhifəsində yerləşdirilib.

“ABŞ-dan hər hansı bir xüsusi xidmətə və köməyə ehtiyacımız yoxdur, ancaq qarşılıqlı faydalı münasibətlər qurmaq üçün hörmət tələb edirik. Maraqlarımızın nəzərə alınacağını gözləyirik”, – o deyib.

Antonovun fikrincə, “indiki təlatümlü qlobal vəziyyətdə” əməkdaşlıq etməyi öyrənmək lazımdır. Bu, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinə və firavanlığına fayda gətirəcək. Səfir fikrini belə yekunlaşdırıb: – Moskva bu cür işə hazırdır.

Diplomat çıxışında, həmçinin, Rusiya-Amerika münasibətlərinin əsas vəzifəsinin ölkələr arasında silahlı qarşıdurmanın qarşısını almaq olduğunu söyləyib:

“Son illərdə Rusiya Federasiyası ilə ABŞ arasında bir addımla həll edilə bilməyən bir çox qarşılıqlı iddia və ziddiyyətlər yaranıb. Bununla yanaşı, müsbət dinamika üçün imkanlar var… Bunun qarşısını almaq üçün əlindən gələni etmək lazımdır ki, ölkələrimiz arasında nüvə səviyyəsinə qədər yüksəlmə ilə nəticələnə bilən hər hansı bir silahlı qarşıdurmanın meydana gəlməsin”.

Bənzər Yazılar