Dünya

Blinken: “ABŞ İsrailin Rəfah əməliyyatını dəstəkləyə bilməz”

İsrailin Rəfah şəhərində həyata keçirməyi planlaşdırdığı böyük hərbi əməliyyat şəhərdə çoxlu sayda mülki əhalinin olması səbəbindən ciddi nəticələrə səbəb ola bilər. Hazırda şəhərdə 1,4 milyon insan var, onların çoxu Qəzza zolağının qalan hissəsindən didərgin düşüb. Buna görə də Birləşmiş Ştatlar İsrailin əməliyyat keçirmək planlarını dəstəkləyə bilməz.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken açıqlama verib.

“Hazırda Rəfahda təxminən 1,4 milyon insan var, onların çoxu Qəzza zolağının digər ərazilərindən didərgin düşüb… İnsanların çıxarılması planı lazım olan ən vacib vəzifədir”, deyə Blinken bildirib.

Blinken əlavə edib ki, İsrailin Qəzzadakı məqsədlərinə Rəfah əməliyyatı olmadan da nail olmaq olar.

Onun sözlərinə görə, ABŞ hökuməti müstəqil Fələstin dövlətinin yaradılmasına sadiqdir. Bununla belə, İsrail üçün təhlükəsizlik təminatlarının təmin edilməsi zəruridir: “Bunun vaxtı hələ çatmayıb, çünki indi regionda vəziyyəti yaxşılaşdırmaq lazımdır”.

“The New Arab” qəzetinin mənbəsinin verdiyi məlumata görə, ABŞ prezident administrasiyası bundan əvvəl İsrailin Rəfah əməliyyatını tərk etməsini tələb etmişdi. Qəzetin mənbəsi bunun müqabilində İsrailin İrana hücum etməyəcəyinə söz verdiyini iddia edir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button