Mədəniyyət

“Allahdan istəyirəm ki, xanımım məndən əvvəl ölsün” – Əməkdar artist (VİDEO)

“Teymur əminin taxta yatağından məndə də var. O vaxt Teymur əmi elə taxtda yatırdı, mənə də demişdi. Getdim mən də özümə etdirdim”.

Bu sözləri Əməkdar artist Yusif Mustafayev “Günün sədası” proqramında deyib. Müğənni ailəsindən danışıb. O bildirib ki, uzun illər bacı və qardaşı ilə yaşayıb.

“Bacıma da, qardaşıma da ev verdim, dedim gedin. Hərənin öz dərdi var. Can ələ düşər, pul ələ düşməz. Puldan müğayiət olun. Çoxun çox dərdi var. Ömrüboyu cibimdə 3-5 manat saxlayıram” deyə, ifaçı söyləyib.

Y.Mustafayev həyat yoldaşı ilə bağlı istəyini bölüşüb:

“22 yaşımda toy etdim. Amma gəlini evimə gətirə bilmədim. Dedilər ki, 17 yaşı yoxdu, səni həbs edəcəklər. Mən də bir il gözlədim. Allahdan arzulamışam ki, həyat yoldaşım məndən əvvəl ölsün. Allah onun canını məndən 1 saat qabaq alsın. Onda rahat öləcəm. Məndən sonra ölməsini Allah etməsin. Heç kimə möhtac olmaq istəmirəm. Bizdə möcüzədir: mənim haram ağrısa, yoldaşımın da o yeri ağrıyır. Allah ağlımı əlimdən almasın. İkinci ailəm olarsa, Allah məni öldürsün. O da, mən də qısqancıq. Evimə qonaq gəlsə, ailəmin üzünü görməz. Bəlkə də bədbəxtçilikdir, amma beləyik”.

https://ok.ru/video/2704961243860

Bənzər yazılar

Back to top button