İdman

Mourinyu: “Fransa, İtaliya və İngiltərədən daha potensiallı idi”

“Roma” nın baş məşqçisi Joze Mourinyu Avro -2020-nin ən yaxşı komandasının adını açıqlayıb.

Fanat.az “TalkSPORT”a istinadən Mourinyunun dediklərini təqdim edir:

“Fransa millisi öz təkəbbürlüyünə görə AVRO-2020-nin qalibi ola bilmədi. Bu komandanın inanılmaz potensialı var. Onlar çempionatın ən yaxşı millisi idilər. Fransızlar, İngiltərə və İtaliyadan daha bacarıqlı futbolçulara malikdirlər. Lakin AVRO-2020-də futbol onları cəzalandırdı”

Xatırladaq ki, sonuncu avropa çempionatının qalibi, finalda İngiltərə millisinə qalib gələn İtaliya seçməsi oldu.

Bənzər yazılar

Back to top button