Sağlamlıq
Hansı vaksinlər “Delta” ştammına qarşı effektlidir? – Rəsmi açıqlama
Azərbaycanda tətbiq olunan SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya) vaksinləri koronavirusun “Delta” ştammına qarşı effektlidir.
AzToday.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmisi Günay Quluzadə bildirib.
G.Quluzadənin sözlərinə görə, vaksin vurduran şəxslər yoluxma ştammından asılı olmayaraq, xəstəliyi yüngül keçirir.