İdman

“Barselona” Setyenlə bağlı qərarını verdi

Hazırda “Barselona”nın baş məşqçi postuna yeganə namizəd B komandasının çalışdırıcısı Xavyer Qarsiya Pimyentadı.

Fanat.Az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, rəhbərlik Kike Setyenin “Barselona”dakı gələcəyini şübhə altına atmaq istəmir. Səbəblərdən biri Çempionlar Liqasında “Napoli” ilə oynanılacaq matça üç həftədən daha az bir müddətin qalmasıdı.

Dünən baş tutan görüşlər sonunda hazırkı məşqçilər korpusu ilə yola davam etmək qərara alınıb. La Liqa bitdikdən sonra komanda daxilindəki gərginliyi aradan qaldırmaq üçün futbolçulara bir neçə gün istirahət veriləcək.

Mövsümün sonunda Setyenin göndərilməsi ehtimalı isə istisna deyil.

Bənzər yazılar

Back to top button