İqtisadiyyat

Bu universitetdə daha bir şübhəli tender – FAKTLAR

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Qalandi As” MMC olub.
ADPU abadlıq işləri üçün “Qalandi As” MMC-yə 28 min 694 manat ödəyəcək.

Tender müsabiqəsi (Kotirovka sorğusu) iyun ayının 17-də elan olunub. Cəmi 6 ay əvvəl – 14.12.2020-ci il tarixində dövlət qeydiyyatına alınan “Qalandi As” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Qanuni təmsilçisi Şotiyeva Aygün Ağaqulu qızı olan MMC-nin hüquqi ünvanı Xəzər rayonu, Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2-də yerləşir.

Maraqlı məqamlardan biri də odur ki, “Qalandi As” MMC -nin dövlət qeydiyyatına alındığı ünvanda yaxın tarixlərdə bir neçə şirkət qeydiyyata alınıb və bu şirkətlərin qanuni təmsilçiləri də eyni şəxslər olub.

“Qalandi As” MMC ilə birgə Xəzər rayonu, Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 ünvanında qeydə alınan şirkətlərin bəziləri bunlar olub:

Adı Ünvan Nizamnamə kapitalı Qanuni
təmsilçi
Qeydiyyat
tarixi
“TORDİN 2020” Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 10 manat Dadaşov Ceyhun Valeh 02.03.2020
“BİKARDİ 2020” Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 10 manat Şotiyeva Aygün Ağaqulu 26.08.2020
“SAVELLİ HOLDİNQ” Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 10 manat Şotiyeva Aygün Ağaqulu 27.08.2020
“BARDEN 2020” Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 10 manat Süleymanova Samirə Nədirxan 03.09.2020
“REYN TAMİ TƏCHİZAT” Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 10 manat Süleymanova Samirə Nədirxan 03.09.2020
“SAYPA MM” Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 10 manat Şotiyeva Aygün Ağaqulu 14.12.2020
“PODİUM AS” Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 10 manat Şotiyeva Aygün Ağaqulu 14.12.2020
“QALANDI AS” Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 10 manat Şotiyeva Aygün Ağaqulu 14.12.2020

Məlumat üçün bildirək ki, bu cür müəmmalı tender müsabiqəsi Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən bir həftə əvvəl də keçirilib.

Aşağıdakı linkə daxil olaraq qeyd olunan tender müsabiqəsilə tanış ola bilərsiniz:

4 aylıq şirkət həm İKT, həm də təmir-tikinti sektorunda fəaliyyət göstərir – Müəmmalı tender.

Eyni zamanda qeyd edək ki, Xəzər rayonu, Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 ünvanında qeydə alınan və qanuni təmsilçisi Şotiyeva Aygün Ağaqulu qızı olan digər bir MMC ilə bağlı şübhəli tender xəbərini aşağıdakı linkdən oxuya bilərsiniz:

Bənzər yazılar

Back to top button