Müdafiə Nazirliyi Naxçıvandakı vəziyyətlə bağlı açıqlama yaydı

by Aztoday Xəbər Portalı

Müdafiə Nazirliyi daha bir məlumat yayıb.

AzToday.az-a daxil olan məlumata görə, iyulun 16-sı saat 10:00 və 13:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Qarşı tərəfin susdurulması məqsədilə Ermənistan silahlı qüvvələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən bölmələrinə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin yaradılmasına görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

*13:45

İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə AzToday.az-a Əlahiddə Ümumqoşun Ordudan məlumat verilib.

Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur. Düşmən cavab atəşi ilə susdurulub.

Bənzər Yazılar