Siyasət

ATƏT-in fəalyyətdə olan rəhbəri digər marşrutlarla yanaşı, Laçın yolunun da açılmasına çağırıb

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Vucar Osmani digər marşrutlarla yanaşı, Laçın yolunun da açılmasına çağırıb.

O, Tvitter hesabında yazıb: “Ötən həftə telefon danışıqları zamanı ATƏT-in fəaliyyətdə olan sədri kimi şəxsi nümayəndəm Anjey Kaspşikdən xahiş etdim ki, Laçın rayonuna səfər etsin və mövcud vəziyyətlə bağlı mənə məlumat versin”.

“Laçın dəhlizi ilə azad keçidi təmin etmək üçün çağırışımı təkrar edirəm. Paralel olaraq digər marşrutlar da açılmalıdır. Humanitar aspektlər həmişə üstünlük təşkil etməlidir. Siyasi məsələlər üzrə dialoq davam etməlidir və ATƏT yardım etməyə hazırdır”, – deyə o qeyd edib.

Bənzər yazılar

Back to top button