Dünya

Ərdoğan və baş nazirdən “xaricdə pulları var” iddiasına çox sərt reaksiya: “Sona qədər bu məsələnin üstə durulacaq”

CHP sədri Kamal Kılıcdaroğlunun dünən “prezident Ərdoğanın ailə üzvlərinin ofşor zonalara pul köçürməsi barədə əlimizdə bütün sənədlər, hətta bank qəbzləri də var” bəyanatına bu gün Türkiyənin prezidenti Ərdoğandan sərt cavab gəlib.

Mia.az xəbər verir ki, Ərdoğan CHP liderinin düşmən dəyirmanına su tökməkdə ittiham edərək, bütün iddiaları rədd edib.

O, Kamal Kılıcdaroğlunu bua görə məhkəməyə verdiyinə işarə edərək deyib ki, sonuna qədər bu davasının üstündə duracaq: “Bu məsələ əvvəlki kimi olmayacaq. Sona qədər bu məsələnin üstə durulacaq. Bu əsilsiz iddialar, böhtanar boş buraxılmayacaq”.

Qeyd edək ki, bundan əvvəl Ərdoğan demişdi ki, əgər CHP lideri iddialarını təsdiq edən sənədləri ortaya qoyarsa, bir dəqiqə belə prezident postunda və siyasətə qalmayacaq: “Həmin dəqiqə prezidentlikdən və siyasətədən gedəcəyəm. Əgər ortaya sənəd qoya, sübut qoya bilməsə necə, o da eyni addımı atacaqmı?!”.

Yeri gəlmişkən, “Ərdoğanın oğlu, yaxın qohumılarının xaricdə bank hesabları var” iddiasına bu gün baş nazir Binəli Yıldırım da sərt bəyanatla cavab verib.

O, deyib ki, CHP lideri prezidentin yaxınlarının üzərindən “etibar cinayəti” törədib: “O, bu yalanları ilə prezidentimizin etibarını zədələyə biləcəyini zənn edib. O, etibar cinayəti edib. Ancaq ona “əlindəki bütün sənədləri vaxt itirmədən mətbuata və prokurorluğa təqdim et” çağırışı olunsa da, 24 saatdır xəbər yoxdur, səsi çıxmır. Görünür, ölkəmizə qarşı hər cür oyununun oynadığı bir ərəfədə cənab Kılıçdaroğlu prezidentimizin etibarına xələl gətirəcəyini zənn edir, amma çox yanılır. Əslində, Klıcdaroğlunun prezidentimizə qarşı yalan, yanlış iddiaları son günlər ölkəmiz əleyhinə başlanılan qlobal qara təbliğata başlayanların dəyirmanına su tökmədən başqa bir şey deyil. Bu, çox açıq görünür. O, bunlara görə cavab verəcək”.

Bənzər yazılar

Back to top button