GündəmHadisə

Göygöldə hərbçiləri daşıyan maşın qəzaya uğradı: 15 nəfər xəsarət aldı

Bu gün Göygöl rayonunda Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarına (DQ) məxsus “Ural” markalı avtomobil aşıb.

DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bununla bağlı APA-ya bildirib ki, hadisə rayonun Aşıqlı kəndində günorta saatlarında baş verib: “Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfərin vəziyyətinin orta-ağır olması səbəbindən isə hospitala yerləşdirilib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb”.

E.Zahidov qeyd edib ki, faktla bağlı hazırda araşdırma aparılır.

Bənzər yazılar

Back to top button