Cəmiyyət

Vikipediyanın yaradan şəxsdən etiraf: “Məlumatlar etibarlı deyil”

Dünyanın ən böyük onlayn ensiklopediyası olan vikipediyanın yaradan Larry Sanger “Youtube”da qonaq olduğu bir verilişdə etirafları ilə diqqət çəkib.

Sanger vikipediyadakı məlumatların artıq əvvəlki kimi etibarlı olmadığını bildirib.

Platformada bir çox mövzuda olan məlumatları manipulyasiya etmək üçün istifadə edildiyini bildirən Larry vəziyyətin ciddiliyinə diqqət çəkərək deyir ki, hansısa məlumatda kiminsə söylədiklərinin əks olunması üçün pərdə arxasında mürəkkəb oyun oynanılır.

Vikipediyanın yaradıcısı, böyük şirkətlərin və siyasi liderlərin onlayn ensiklopediyada yerləşdirilmiş məlumatlara müdaxilə etmək üçün nümayəndələrinin olduğunu açıqlayıb.

lent.az

Bənzər yazılar

Back to top button