İdman

“Messinin uğrunda ölməyə hazıram”

“Həyatımı Messiyə qurban verərəm. Mən onun uğrunda ölməyə hazıram”.

Fanat.Az xəbər verir ki, bunu Argentina yığmasının və “Aston Villa”nın qapıçısı Emiliano Martines deyib.

“Ole”yə danışan qolkiper superulduzla münasibətlərindən söz açıb: “Dörd-beş ay əvvəl ona dedim ki, Amerika Kubokunu məndən çox onun qazanmasını arzulayıram. Bu, həqiqətdir. Bütün argentinalılar kimi mən də belə istəyirdim. Hansı argentinalı Lionel Messinin qələbə qazanmasını istəməz? Hətta braziliyalılar da Messiyə görə finalda bizim qalib gəlməyimizi istəyirdilər”.

Xatırladaq ki, Amerika Kubokunun finalında Argentina Braziliyanı 1:0 hesabıyla məğlub edib.

Bənzər yazılar

Back to top button