İdman

İsgəndər Cavadovun dili açıldı: AFFA rəhbərliyini yıxıb-sürüdü

Veteran futbolçu İsgəndər Cavadov “Səbail” – “Turan Tovuz” matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Həmin müsahibəni diqqətinizə çatdırırıq:

– Orada futbol adamları mən, Kazbek Tuayev, Vaqif Sadıqov, rəhmətlik Ələkbər Məmmədov idi. Biz həmişə çalışırdıq ki, uşaq futbolu inkişaf etsin. Amma bizdə o səlahiyyət yox idi. Gücümüz çatmırdı.

– Problemləri görürdüz də, onları qabartmaq olardı…

– AFFA-da 4 nəfər rəhbər var idi. Onlardan soruşa bilərdiz ki, futbol niyə inkişaf etmir… Ancaq düşürdüz İsgəndər Cavadovun üstünə.

– Siz İsgəndər Cavadovsuz da…

– Biz inqilabçıyıq? Həmişə mübahisə etmişik. Ramiz Mirzəyevin vaxtında mən dedim ki, yerli məşqçi olmalıdır. Bunun üstündə dava oldu. 20 ildir deyirəm yerli mütəxəssis gəlməlidir, hələ o səviyyəyə çatmamışıq ki, bizdə əcnəbi məşqçi olsun.

– Millidə yerli baş məşqçi Qurban Qurbanov oldu. Onu dəstəklədiz?

– Qurban Qurbanovu biz istefaya göndərməmişik, özü getdi.

– Qurban Qurbanovun 6 illik müqaviləsi var idi. 9 ay sonra niyə getdi?

– Özü getdi. Bilmirəm.

– Daim deyirlər ki, siz, Vaqif Sadıqov və Kazbek Tuayevin istənilən dəstəyi göstərmədi. Niyə belədir?

– Nəyə görə siz rəhbərlərdən yazmırdız?

– Zaman-zaman bütün rəhbərlərdən yazılıb…

– Heç birindən yazılmayıb. Elə deyirlə ki, İsgəndər Cavadov orada oturub, danışmayıb. Mən 20 il AFFA-da danışmışam, vuruşmuşam. Mənim gücüm çatmırdı. İnqilabçı deyiləm. Orada olanda mənə deyirdilər ki, otur yerində, sənə lazımdır…

– Kim deyirdi?

– İcraiyyə Komitəsinin üzvləri. Biz həmişə çalışmışıq ki, düz yolla gedək. Mənim rəhbəri olduğum Şimal Regional Federasiyasına pul vermirdilər ki, iş görüm. Özüm icra başçısına deyib tədbirlər keçirirdim. Keçirdim, sonra mənə bütün yolları bağladılar.

– AFFA-ya yeni gələcək rəhbərlikdən gözləntiləriniz nədir?

– Rövnəq Abdullayev yaxşı rəhbər olub. Amma bəzi şeylər var ki, onları danışa bilmirəm. Orada baş verənləri çölə çıxara bilmirdik. Hamı da düşüb üstümüzə ki, İsgəndər Cavadov, Kazbek Tuayev, Vaqif Sadıqov danışmırdı…

– Vaxtında niyə etiraz etmirdiniz?

– Bizi müdafiə eləmirsiz. Bir şey olan kimi deyirlər ki, savadsızdırlar. Savadsız olsaydım, mən “Dinamo”da(Moskva) oynamazdım. Savadsız futbolçu ola bilməz. Futbol üçün baş lazımdır. Orada oturanda da, həmişə rəhbərlərə sözümü demişəm. Orada olan 13 nəfərdən biz 5 nəfər həmişə etiraz etmişik. Sadəcə gücümüz çatmırdı. Səsvermə olurdu, uduzurduq. Hər şey bizlik deyildi.

– Milli komandaya əcnəbi baş məşqçilər gələndə etirazınızı bildirirdiz?

– Bəli, demişəm. Çünki, onlar futbolçu deyillər. Komandada 15 əcnəbi nəyə lazımdır. Yerli futbolçular nə vaxt inkişaf edəcək. Bunlar bizim oyunçulara heç nə öyrətmir. Bircə “Qarabağ”dır ki, Azərbaycan futbolunun reytinqini qaldırır. “Qarabağ”a alternativ klub tapa bilmirlər? Düzəltsinlər də.

– Yenə milliyə əcnəbi baş məşqçi gətirmək istəyirlər…

– Özləri bilər. Mən dedim ki, əcnəbi məşqçi bizə heç nə verməyəcək. Biz o səviyyəyə çatmamışıq ki, xarici işləsin.

– Sizin konkret namizədiniz var?

– Bu gün Qurban Qurbanovdur. Amma Qurban razılıq versə, biz də onu dəstəkləyərik. Onun da məsuliyyəti lap çoxalacaq. “Qarabağ”a rəhbərlik edir. Daha sonra milliyə gəlsə, problemlər yarana bilər. İstənilən halda, qərarını versə, dəstək olacağıq. Layiqli məşqçidir, işləyə bilər. (Sportal.az)

Bənzər yazılar

Back to top button