Hadisə

Qaxda “Səngər Qala” istirahət mərkəzində kobudluq – FAKT

Müştəri Könül Əhmıdzadə Qaxda yerləşən “Səngər Qala” restoranında kobudluqla üzləşib.

Tia.az xəbər verir ki, vətəndaş xalqa çağırış edib və düşünərək qərar verməyi məsləhət görüb.

“İçəridə maraqlı maketlər, heyvan obrazları var şəkillər çəkmək üçün, əla məkandır. Heyif ki, qarşılanma sıfırdan da aşağı səviyyədədir. Əvvəla içəridə yemək üçün getsək də girən kimi şəkil çəkdirmək istədik, digər qonaqlar gələnə kimi. Lakin bir nəfər işçi yaxınlaşaraq oturmuruqsa tez yekunlaşdırıb çıxmağımızı sərt bir şəkildə tələb etdi və əlavə etdi ki, restoranda oturmayanlara şəkil çəkdirməyə də icazə olmadığını bildirdi”- şikayətçi bildirir. Onun sözlərinə görə, bu kobud rəftara görə oturmaq üçün gəlmiş olsaq da çıxdıq, peşman da olduq ki, bura gəldik: “Biz getdik “qaydaları” bilmədən, gedəcəksinizsə nəzərə alsanız siz də bizim kimi əsəbiləşməzsiniz.

Biz oradan çıxandan sonra növbəti maşınla atam gəldi, oturmaq istəmədiyimizi deyəndə içəri girib bir daha danışdı, nə danışdıqlarını artıq bilmirəm, üzr istəyib içəri dəvət etdilər, amma yenə də oturmaqdan imtina etdik”.

Bənzər yazılar

Back to top button