Dünya

Kreml Rusiya nümayəndə heyətinin martın 2-si axşam saatlarından danışıqlar üçün Ukraynanı gözləyəcəyini bildirib

Rusiya nümayəndə heyəti axşama yaxın danışıqların yeni mərhələsinin baş tutacağı yerə gələcək və Ukrayna nümayəndələri ilə görüşə hazır olacaq, bu barədə jurnalistlərlə söhbətində RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu gün günün ikinci yarısında, axşama yaxın bizim nümayəndə heyətimiz görüş yerində olacaq. Ukrayna nümayəndələrini gözləyəcək. Bizim nümayəndə heyətimiz bu gün axşam danışıqları davam etdirməyə hazır olacaq”, deyə Peskov bildirib.

Yeni görüş yeri haqqında dəqiqləşdirici suala cavabda Kremlin nümayəndəsi bildirib ki, əvvəlcədən görüş yerini açıqlamayacaq.

Ümumilikdə o, KİV-lərdə danışıqlar mövzusu ilə bağlı “müəyyən ziddiyyətli məlumat elementi” olduğunu qeyd edib. TASS-ın məlumatına görə, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların yeni mərhələsi Belarus ərazisində – Belovejskaya meşəsində keçiriləcək.

Kreml Ukrayna tərəfin Rusiya nümayəndə heyəti ilə danışıqlara gələcəyinə və danışıqların uğurla aparılacağına ümid edir, amma bu prosesin perspektivləri ilə bağlı proqnoz verməyəcək.

“Belə proqnozlar verməyəcəyəm, qabaqcadan görmək istedadına malik deyiləm, – deyə Peskov Moskva və Kiyev arasında danışıqlar prosesinin uğurlu olması ehtimalının nə dərəcədə böyük olması barədə suala cavabda bildirib. – Əvvəlcə, yəqin ki, Ukrayna nümayəndələrinin gəlib-gəlməyəcəyini proqnozlaşdırmağa çalışmaq olar. Ümid edək ki, bu, baş verəcək. Bizimkilər görüş yerində olacaqlar və axşam danışıqlar masası arxasına oturmağa hazır olacaqlar”.

“Bu vəziyyəti nizamlamaq üçün tələb olunan bütün şərtlər Rusiya prezidenti tərəfindən dəfələrlə ifadə olunub. Biz bu şərtləri sadalamışıq, çünki (Vladimir) Putin telefon söhbətləri zamanı beynəlxalq həmsöhbətlərinə onları ətraflı izah edib”, deyə Peskov nəyin minimum uğur hesab ediləcəyi haqqında dəqiqləşdirici suala cavabda bildirib.

Peskov həmçinin deyib ki, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərliyi davam etdirəcək.

“Bəli, o, Rusiyanın danışıqlardakı əsas nümayəndəsi olaraq qalmaqdadır”, deyə Kremlin nümayəndəsi bildirib.

Bənzər yazılar

Back to top button