Dünya

Saakaşvili ABŞ-ın Donetski qaytarmaq planından danışdı: Poroşenko niyə susub?

Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Vaşinqtonun Donetski ələ keçirmək planlarını yada salıb.

Qaynarinfo xəbər verir ki, keçmiş prezident xatirələrini Ukrayna 24 telekanalına verdiyi müsahibədə bölüşüb.

Siyasətçi keçmiş MKİ direktoru David Petreusdan uzun bir mesaj aldığını xatırladıb. Orada general Donetskə girmək üçün indi hansı səbbədən uyğun məqam olduğunu yazıbmış. Eyni zamanda, Petreus bunu Ukrayna təhlükəsizlik qüvvələrinin kənar yardım olmadan edə biləcəyində israr edib.

Saakaşvili Amerika generalının mesajını o zaman Ukrayna prezidenti olan Petro Poroşenkoya göndərdiyini də əlavə edib. Ancaq dövlət başçısı mesajı görməzlikdən gəlib.

Saakaşvili həqiqətən Poroşenkonun niyə zəng edib Petreusun fikrini soruşmadığını heç cür anlamadığını bildirib. Üstəlik, siyasətçi həmkarını telefonda axtararaq bu plan barədə danışmağa başlayanda, Ukrayna başçısı tez bir zamanda söhbəti yayındırmağa çalışıb.

Donbasdakı münaqişə 2014-cü ildən bəri davam edir. Bu müddət ərzində 13 min insan ölüb. Zərərçəkənlərin sayının yüz minlərlə olduğu təxmin edilir.

Bənzər yazılar

Back to top button