Siyasət

Sərhəddəki atışmaların pərdəarxası – Düşmən təxribatı nə vaxt bitəcək?

“Ermənistan silahlı qüvvələri nə qədər məhv olmasına, texnika və şəxsi heyyətinin azaldılmasına baxmayaraq, kənardan qüvvə aldıqlarında yox, hətta kənardan qüvvə hiss etdiklərində belə özlərini qəhrəman kimi göstərməyə cəhd edirlər”.

Bunu Milli.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov deyib.

Siyasi analitik bildirib ki, Ermənistan hazırda Qərbin dəstəyinə arxayındır:

“Sərhəddəki son hadisələr xüsusən də, Avropa İttifaqı Şurası sədrinin regiona səfəri və Ermənistana kifayət qədər maliyyə vəsaiti ayırması (2.6 milyard avro) onları ruhlandırır və bu istiqamətdə fəallaşmaqlarına səbəb oldu. Onlar hesab edirlər ki, artıq Qərb onların arxasında dayanıb və ermənilərin bütün hərəkətlərinə görə cavab verəcəklər, Azərbaycanı günahlandıracaqlar. Ona görə sərhəddə erməni silahlılarının əli-qolu açılıb, başqa səbəb yoxdur.

Sadəcə Ermənistan arxalarında 100% Qərbin dəstəyini hiss edir. Bu dəstəyin də onlar üçün fayda verməyəcəyini görənə qədər ermənilər bu cür təxribat əməllərini davam etdirəcəklər. Təbii ki, bu da çox qısa zamanda olacaq. Ermənistan bu cür təxribatlara görə qısa zamanda Azərbaycan tərəfindən layiqli cavabını alacaq. Avropanın artıq bu cür təxribatlara dəstək vermədiyini görüb, susacaqlar. Sərhəddə atəşkəsin pozulması müvəqqəti xarakter daşıyır”.

Bənzər yazılar

Back to top button