Dünya

Ukraynanı qəribə duman bürüdü: Sarı səviyyə elan edildi (FOTO)

Ukrayna Hidrometeorologiya Mərkəzi ölkədə hava təhlükəsinin sarı səviyyəsini açıqlayıb.

Qaynarinfo mk.ru-ya istinadən xəbəbr verir ki, buna səbəb artıq dörd gündür davam edən və bütün gün ərzində müşahidə olunan qalın dumandır.

Mərkəzdən görünmə məsafəsinin 200-500 metr olduğu deyilib.

Yolların çətinliklə görünməsi Kiyevdə yol hərəkətini xeyli çətinləşdirib. Bundan başqa hava nəqliyyatında da çətinlik yaranıb: Kiyev hava limanlarında, həmçinin Odessa və Lvovdakı hava limanlarında uçuşlar təxirə salınıb və ya ləğv edilib.

Fövqəladə Hallar üzrə Dövlət Xidməti dumanın havada çirkləndirici maddələrin toplanmasına səbəb olan “temperatur dəyişməsi” kimi izah edib. Zərərli maddələrin konsentrasiyasının normadan artıq olduğu göstərilib.

Bənzər yazılar

Back to top button