DünyaSiyasət

Putin Mişelə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı atılan addımlardan danışıb

Cümə günü Rusiya prezidenti Vladimir Putinlə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin telefon danışığı olub. Tərəflər Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər. Bundan əlavə, Qarabağ nizamlanması prosesinə də toxunulub.

“Rusiya prezidenti iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə layihələrin həyata keçirilməsinə, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin işə salınmasına və iki ölkə arasında sülh müqaviləsinin hazırlanmasına dair danışıqların başlanmasına yönələn addımlar barədə Avropa Şurası İttifaqının rəhbərinə başçısına məlumat verib”, – Kremlin mətbuat xidmətinin məlumatında deyilir. (Turan)

Bənzər yazılar

Back to top button