Siyasət

Ermənistan Azərbaycandan qaz almağa hazırdır?

Ölkələr arasında siyasi fikir ayrılıqları tənzimləndikdən sonra Ermənistan Azərbaycandan qaz almağa hazırdır. Bu barədə Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Akop Vardanyan Tbilisidə beynəlxalq “İpək Yolu” forumu çərçivəsində bildirib, xəbəri EADaily yayıb.

Qarabağ münaqişəsinə qədər Ermənistan Azərbaycandan qaz və elektrik enerjisi alırdı. Sonradan qaz tədarükünün Gürcüstan vasitəsilə həyata keçirilməsinə başlandı.

“Ümid edirəm ki, regionumuzda sülh olacaq və biz keçmiş dövrlərdə olduğu kimi, əməkdaşlıq edə və enerji sistemlərimizi şaxələndirə biləcəyik”, deyə Vardanyan bildirib.

Qeyd edək ki, hələ 1997-ci ildə ABŞ prezidenti Klintonun administrasiyası Bakı-Ceyhan neft kəmərinin Ermənistandan çəkilməsi layihəsini təklif edib. Yerevana Qarabağ məsələsində güzəştə getmək (Qarabağ ətrafındakı rayonları azad etmək və Qarabağ üçün muxtariyyət almaq), əvəzində isə enerji təhlükəsizliyi və girov olaraq neft kəməri əldə etmək təklif olunub. Lakin Ter-Petrosyan hökuməti bununla razılaşmayıb.

Sonrakı illərdə Azərbaycan dəfələrlə Qarabağ məsələsində güzəşt müqabilində Ermənistana neft və qaz tədarük etməyə hazır olduğunu bildirib, lakin Yerevan hər dəfə bu təklifləri rədd edib.(Turan)

Bənzər yazılar

Back to top button