Hadisə

Vüqar Səfərlinin dəstəsinin üzvləri restoran icarədarları olub – Məhkəmədən yeni faktlar

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AzToday.az Demokrat.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, təqsirləndirilən şəxslərdən ev dustaqlığına olan Təmkin Xəlilov ‘”Altun” restoranın direktoru müavini, Şahin İbrahimov “Altun” restoranının inzibatçısı, Valeh Orucov “Xəmsə” restoranının icarədarı, Bəxtiyar Fətullayev “Xəmsə” restoranının icarədarı olub.

Təhminə Yaqubova Vüqar Səfərlinin yanında mühasib kimi çalışıb.

Prosesdə təqsirləndirilən şəxs Şahin İbrahimovun vəkilinin iştirak etmədiyi məlum olub. Hakim deyib ki, təqsirləndirilən şəxsin vəkilinin iştirakı olmadan hazırlıq iclasının başa çatdırmaq mümkün deyil.

Hakim növbəti iclasın iyulun 30-da keçiriləcəyini açıqlayıb.

Bənzər yazılar

Back to top button