Hadisə

Mərkəzi Nəbatat Bağında dövlət vəsaiti mənimsənilib?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində fəaliyyət göstərən bəzi müəssisələrdə korrupsiya hallarının araşdırıldığı deyilir. Elm ocaqlarında baş verən yeyinti hallarının əsasən “təmir-tikinti” adı altında aparıldığı deyilir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə təmir-tikinti adı altında büdcə vəsaitləri mənimsənilən müəssisələrdən biri də Mərkəzi Nəbatat Bağıdır.

2017-2018-ci illərdə Nəbatat Bağında təmir işlərinin aparılması, bağın hasarının təmiri ilə bağlı büdcədən yüz min manata qədər vəsait ayrılsa da, işlər faktiki olaraq tam yerinə yetirilməyib.

Hazırda Mərkəzi Nəbatat Bağının təsərrüfat sahəsində audit aparıldığı deyilir.

İddialara görə AMEA-nın İşlər İdarəsinin o zamankı rəhbərliyi bir çox elm müəssisələrinin rəhbərləri ilə maxinasiya edərək külli miqdarda dövlət vəsaitlərini mənimsəyiblər.

Qeyd edək ki, Mərkəzi Nəbatata Bağının direktoru Vahid Fərzəliyevdir. O 2016-cı ildən bu vəzifədə çalışır.

Qarşı tərəf məsələyə münasibət bildirə bilər.

Bənzər yazılar

Back to top button