Bizim seçimSiyasət

Ali Məhkəmə general Qabil Məmmədovun şikayətini Apellyasiya Məhkəməsinə qaytarıb

Yanvarın 17-də Ali Məhkəmə general Qabil Məmmədovun Apellyasiya Məhkəməsinin qərarından şikayətinə baxıb. Qərar Lənkəran Dairə Seçki Komissiyasının Q.Məmmədovun 9 fevral parlament seçkilərində deputatlığa namizədliyinin qanunsuz olaraq qeydiyyata alınmaması ilə bağlı şikayətinin təmin edilməsində imtina edilməsilə əlaqədar olub.

“Hüquqlarım qeydiyyatdan əsassız imtina edən DSK tərəfindən kobud şəkildə pozulub. Apellyasiya Məhkəməsi isə mənim şikayətimə baxmaqdan imtina edib”, – Q.Məmmədov Turan-a bildirib.

O, Ali Məhkəmənin qərarından məmnun olduğunu bildirib və ümid edir ki, Apellyasiya Məhkəməsində şikayətinə yenidən baxılması obyektiv olacaq.

Xatırladaq ki, DSK-nın qeydiyyatdan imtina etməsinin səbəbi A.Məmmədovun guya daşınmaz əmlak və mülkiyyət haqda yalnış məlumat verməsi olub. Lakin o, polis rəisi və Lənkəran Dövlət Reyestri tərəfindən DSK-ya təqdim olunan saxta arayışları təkzib edən sənədlər təqdim edib.

Azərbaycan MSK Q.Məmmədovun arqumentlərinə məhəl qoymayıb.

Bənzər yazılar

Back to top button