Dünya

Kimlə bağlı daha bir iddia: ortaya çıxan özü deyil, dublyorudur

Öldüyü və ya ayağa qalxa bilməyəcək qədər ağır xəstə olduğu deyilən Şimali Koreya lideri Kim Çen İnlə bağlı daha bir iddia irəli sürülüb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ortaya çıxan şəxsin Kimin özü yox, dublyoru olduğu fikri ortaya atılıb. Onun diublyordan istifadə etdiyi tez-tez dilə gətrilsə də, son fotoların gerçəkliyinə inanmayanlar 2017-ci ildə qeydə alınan bir görüntünü əsa göstəriblər. Belə ki, sözügedən videoda Kimin raket sınağı zamanı saç düzümünə qədər özünə bənzəyən iki nəfərlə danışdığı əks olunur.

Videonu izləyənlər bu iki nəfərin Kim Çen İnin dublyodan istifadə etdiyinin sübutu olduğunu, mayın 1-də çəkilən görüntülərinin də dublyorlara aid olduğunu bildirirlər.

Qeyd edək ki, dünyada bir çox lider sui-qəsd cəhdlərinə qarşı dublyordan istifadə edir.

Xatırladaq ki, bir müddət əvvəl Şimali Koreya liderinin ağır ürək əməliyyatı keçirdiyi və hətta öldüyü ilə bağlı məlumatlar yayılmışdı. Mayın 1-də isə onun ölkədəki fabriklərdən birinin açılışında iştirak etdiyinə dair fotolar yayımlanmış və beynəlxalq mətbuatda yayılanların həqiqətə uyğun olmadığı müsajı verilməyə çalışılmışdı.

Bənzər yazılar

Back to top button