İdman

Qrizmann “Barsa”ya keçidindən danışdı

“Barselona”nın yeni transferi Antuan Qrizmann Kataloniya klubuna keçidi haqda qısa şərh verib.

Qol.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan fransalı hücumçu yeni komandasına sədaqətlə xidmət edəcəyini bildirib:

“Karyeramda yeni bir çağırışın vaxtı idi. Nəhayət, “Barselona” ilə yollarımız birləşir. Komandamızın forması üçün sədaqətlə mübarizə aparacam”.

Qeyd edək ki, 28 yaşlı futbolçu “Barsa” ilə 5 illik müqavilə imzalayıb.

Bənzər yazılar

Back to top button