Dünya

Bayden Putini hədələdi: “Nəticəsi pis olacaq“

Amerika prezidenti Co Bayden Vaşinqtondakı Milli Kəşfiyyat İdarəsinə səfər edib.

Bayden idarədə baş tutan çıxışı zamanı ABŞ-ın təhlükəsizlik siyasəti, xüsusən də Rusiya və Çinlə münasibətlər barədə maraqlı fikirlər səsləndirib:

“Putinlə görüşümüz zamanı onun əsl probleminin nə olduğunu anladım. Putin nüvə silahı və neft gəlirlərindən başqa bir şey olmayan iqtisadiyyatda oturur. Həqiqi problemlə üzləşdiyini bilir”.

Bayden, kiber təhlükəsizliklə bağlı məsələyə də toxunub. ABŞ-a qarşı kütləvi və hərtərəfli bir kiber hücumun həqiqi müharibəyə çevrilə biləcəyini və pis nəticələri olacağını vurğulayıb.

Yenisabah.az

Bənzər yazılar

Back to top button