GündəmSiyasət

İranın XİN başçısı Azərbaycana səfər edəcək

İranın XİN başçısı Hüseyn Əmir Abdullahiyan Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun 5-6 iyul tarixlərində Bakıda keçiriləcək nazirlər səviyyəsində görüşündə iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Bu barədə bu gün İran XİN-in rəsmi nümayəndəsi Naser Kənani bildirib.

Nazirlərin görüşündən əvvəl 3-4 iyul tarixlərində Əlaqələndirici Büronun işçi qrupunun iclası keçiriləcək. Bu iclasda İranı xarici işlər nazirinin müavini Reza Nəcəfi təmsil edəcək.

Abdullahiyanın səfəri Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla əlaqədar ikitərəfli münasibətlərin kəskin şəkildə pisləşməsindən sonra İran hökumətinin yüksək vəzifəli nümayəndəsinin Azərbaycana ilk səfəri olacaq. (Turan)

Bənzər yazılar

Back to top button