Hadisə

“Araz” marketdə müştərini qarət etdilər

Yasamal rayonu, Hüseyn Cavid prospekti 17-də yerləşən “Araz” marketdə müştərinin pulları oğurlanıb.

Bakupost.az xəbər verir ki, iyulun 26-da, saat 11 radələrində marketə gələn şəhər sakini Yeganə Qurbanovanın pul kisəsi yoxa çıxıb. Pul kisəsində 890 manat və 100 dollarlıq pul əskinası olub.

Məsələ ilə bağlı “Araz” supermarketlər şəbəkəsi ilə əlaqə saxladıq. Marketin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Səfər Aslanov belə bir hadisənin baş verdiyini təsdiqləyib:

“Müştəri Yeganə Qurbanova alış-veriş səbətində pul kisəsini unudub. Daha sonra başqa bir müştəri onu səbətdən götürərək, çıxıb. Bununla bağlı şikayətçinin özü bizə müraciət edib. Tərəfimizdən bütün görüntülər hüquq mühafizə orqanlarına təqdim edilib”.

Qeyd edək ki, hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsində araşdırma aparılır.

Bənzər yazılar

Back to top button