GündəmSiyasət

ATƏT-in fəaliyyətdə olan sədri Bayramov və Mirzoyanla telefonla danışıb

Avqustun 10-da ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniya Respublikasının xarici işlər naziri Bucar Osmani Azərbaycanın və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla ayrı-ayrılıqda telefonla danışıb.

ATƏT-in rəsmi məlumatında deyilir ki, Osmani “Laçın dəhlizi ətrafındakı vəziyyət” və onun mülki əhaliyə, xüsusən də qadınlar və uşaqlar daxil olmaqla, həssas qruplara təsirilə bağlı narahatlığını ifadə edib.

Vəziyyəti diqqətlə izlədiyini vurğulayan Osmani “münaqişədən əziyyət çəkən əhalinin rifahı naminə davamlı həll yolu kimi konstruktiv və məhsuldar dialoqa çağırıb”.

Osmani qeyd edib ki,”adamların humanitar mülahizələri və zəruri ehtiyacları üstün olmalıdır”.

O, “Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və inamın möhkəmləndirilməsi üzrə qərarlar çərçivəsində ATƏT-in inamın möhkəmləndirilməsi alətləri və tədbirlərini” təklif edib. Osmani tərəflərlə öz şəxsi və fəal qarşılıqlı fəaliyyətini davam etdirməyə hazır olduğunu bildirib. O bu mənada təkrarlayıb ki, “ATƏT sədrliyi davamlı və dinc nizamlanmaya nail olmaq üçün dialoqa kömək etməyə hazırdır”.(Turan)

Bənzər yazılar

Back to top button