Hadisə

Deputat polis əməkdaşını niyə döyüb? – Səbəbi açıqlandı

Deputat Eldəniz Səlimovun polis əməkdaşını döyməsinin bəzi təfərrüatı üzə çıxıb.

“Bakupost.az”a daxil olan məlumata görə, hadisə bir neçə polis əməkdaşının deputatın Nabranda əyləşdiyi restoranda reyd keçirdiyi zaman baş verib.

DİN əməkdaşları gecə saat 00:00-ı keçdiyi üçün restoranın fəaliyyətinin dayandırılmasını tələb edib.

Həmin vaxt orda yeyib-içən millət vəkili isə onlardan restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb və o, polis əməkdaşı Zaur Mirzəyevə hücum edib.

Bildirilir ki, həmin restoran deputatın qohumunundur.

Bənzər yazılar

Back to top button