Dünya

Aİ liderləri 750 milyard avroluq korona fondunda razılaşdılar

Avropa İttifaqı liderlərini Brüssel görüşünün beşinci günündə 750 milyard avroluq koronavirus fondunun yaradılması məsələsində razılıq əldə olunub.

Qaynarinfo xəbər verir ki, Avropa Şurasının prezidenti Çarlz Mişel qərarı sosial şəbəkə hesabında “Razılaşma!” yazaraq elan edib. Daha sonra kameralar qarşısına keçən Avropa Şurasının rəhbəri bu addımın Avropanın tək güc olaraq hərəkət etdiyinin göstəricisi olduğunu bildirib:

“Puldan daha çoxu ilə bağlıdır. Bu, işçilər və ailələri, işləri və sağlamlıqları ilə əlaqədardır”.

Fransa prezidenti Emmanuel Makron isə bunu tarixi saziş adlandırıb.

“Müzakirələr zamanı çətinliklər oldu. Xilasetmə planımız və büdcəmizin koronavirus böhranının öhdəsindən gələ biləcəyinə inandım. Mükəmməl bir dünya yoxdur, amma önəmli bir addım atdıq. Xilasetmə planı Avropa üçün tarixi bir dəyişiklikdir”, – deyə o, bildirib.

Bənzər yazılar

Back to top button