Sağlamlıq

Allergiya və bronxial astma COVID-19 peyvəndi zamanı əks göstərişdirmi?

Rusiya Allergistlər və Klinik İmmunoloqlar Dərnəyinin mütəxəssisləri allergiya və ya bronxial astmanın koronavirus peyvəndi üçün əks göstəriş olmadığını qeyd etdikləri mövqe sənədi hazırlayıb.

Qaynarinfo xəbər verir ki, sənəddə göstərildiyinə görə, allergiya xəstələri peyvəndi allergik olmayan xəstələr kimi keçirirlər.

“Allergiyası olan xəstələr peyvəndə xəstəliyi olmayanlar kimi reaksiya verirlər. Onlarda SARS-CoV-2 əleyhinə humoral və hüceyrə immuniteti formalaşır”, – deyə sənəddə göstərilir.

Bununla belə, peyvənddən dərhal əvvəl, allergik xəstəlikləri olan xəstələr mövcud vəziyyəti və peyvəndləmə ehtimalını qiymətləndirmək üçün həkimə müraciət etməlidirlər. Allergiya və ya bronxial astmanın həqiqətən olması koronavirusa qarşı peyvənd edilməsinə əks göstəriş deyil.

Həkimlər peyvəndi xəstəliyin simptomlarına nəzarət və ya qismən nəzarət dövründə etməyi məsləhət görürlər. Allergiya xəstəliyinin kəskinləşməsi zamanı xəstəyə peyvənd vurulmaması məsləhət görülür.

Bənzər yazılar

Back to top button