GündəmHadisə

Azərbaycanın hərbçi polkovniki intihar etdi – İLGİNC TƏFƏRRÜAT

Azərbaycan ordusunun zabiti intihar edib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun rabitə rəisi polkovnik Seyidov İlham intihar edib.

O, Ümumqoşun Ordunun baş qərargahında, xidməti otağında intihar edib.

Əldə etdiyimiz məlumata görə, polkovnik İlham Seyidov ordudan tərxis olumaq üçün raport yazıb. Ancaq onu tərxis etməyiblər. Polkovnik İlham Seyidov məhkəməyə müraciət edib. Daha sonra onun 13-14-cü maaşını kəsib, yoxlama keçirib, cərimə yazıblar. Məhkəmə isə polkovnik İlham Seyidovun xeyrinə qərar vermədiyi üçün intihar edib.

Polkovnik Seyidov İlham Zərdab rayonunda dəfn edilib. Zərdab rayonundan əldə etdiyimiz məlumata görə, ailəyə ürək tutmasından rəhmətə getdiyi deyilib, ancaq tabutun açılmasına icazə verilməyib.

Məsələni dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Bununla bağlı heç bir açıqlama ala bilmədik.

Bənzər yazılar

Back to top button