Adam dəli olur, hər tərəfdə Azərbaycan bayrağı… – Erməni “deputat”

by Aztoday Xəbər Portalı

Görünür, Ermənistanda get-gedə reallığı dərk etməyə başlayırlar. Söhbət ikinci Qarabağ müharibəsində ermənilərin məğlubiyyətindən sonra onlar üçün ağır qəbul olunan reallıqdan gedir. Lakin bu böyük məğlubiyyətin miqyasını dərk etmək üçün erməni siyasi xadimləri tez-tez Qarabağa səfər etməlidirlər.

Elə separatçı rejimin “parlamentinin deputatı” Metakse Akopyan da belə edib. Ermənistanın KİV-ləri xəbər verir ki, Metakse Facebook-dakı səhifəsində yazıb:

“Stepanakerti (Xankəndi) tərk edirsən, adam dəli olur. Hər tərəfdə Azərbaycan bayrağı… Yolda üç azərbaycanlı rahat şəkildə böyürtkən yeyirlər… Şuşi… çox dəyişib və çox eybəcər olub… Siz isə, Araik (Arutünyan) və Nikol (Paşinyan), asfalt çəkirsiz, xalqın başına çəkic atırsız və yalan danışırsız… yalan, yalan, yalan… Bu, sizcə, xilas edəcək? ”.

Virtualaz.org

Bənzər Yazılar