İqtisadiyyat

Maliyyə Nazirliyinin valyuta hərracı: 15 milyon manatlıq borc yarandı

Avqustun 3-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0108024883 ISIN-li, 10 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Valyuta.az xəbər verir ki, hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 956.048 AZN (8.6%) və 1.014 499 AZN (7.15%) olan 27 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 1.010 330 AZN (7.25%), orta ölçülmüş qiyməti 1.012 438 AZN (7.1993%) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 70 milyon 739,100 manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi 28 iyul 2026-cı il müəyyən edilib.

Bildirilir ki, hərrac iştirakçıları 4 avqust 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Bənzər yazılar

Back to top button