Hadisə

Keçmiş deputatın məhkəməsi olacaq – “Bizdən pulu o alıb”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat Rafael Cəbrayılovun işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

Qaynarinfo-ya daxil olan xəbərə görə, prosesdə keçmiş deputat növbəti dəfə ifadə verəcək.

Ötən prosesdə Rafael Cəbrayılov baş verənlərə görə qardaşı Elşən Cəbrayılovu ittiham edib. Keçmiş deputat bildirib ki, borc aldığı şəxslərin pullarını qardaşı mənimsəyib.

Rafael Cəbrayılov həmçinin qeyd edib ki, digər qardaşı Rauf Cəbrayılov və bacılarının əmlaklarını o alıb.

Bildirilir ki, keçmiş deputat hər vəchlə məsuliyyətdən yayınmağa çalışır. Zərəçəkənlər isə baş verənlərdə əsas təqsirkar kimi Rafael Cəbrayılovun adını çəkirlər.

“Bizdən pulu onun qardaşı və yaxud digər yaxınları almayıb. Biz pulu məhz Rafael Cəbrayılova vermişik. Bizi aldadan odur. Dəfələrlər vəd verdi ki, qaytaracaq borcunu. Hətta əmlakını satışa çıxardığını dedi. Amma hamısı vaxt udmaq üçün imiş”, zərərçəkənlərdən biri bildirib.

Rafael Cəbrayılovun işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Keçmiş deputat onlardan ümumilikdə 2 milyon 571 manat pul alıb.

Milli Məclisin III, IV və V çağırış (2005-2019) deputatı olmuş Rafael Cəbrayılov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

Bənzər yazılar

Back to top button